Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti: ''Hər gün 100 ''pres'' edirəm'' - VİDEO

Xalq artisti: ''Hər gün 100 ''pres'' edirəm'' - VİDEO

Tarix: 10 Noyabr 2021 16:25

Xalq artisti Faiq Ağayev formada qalma sirlərini açıqlayıb.

Sonxeber.net BAKU.WS-ə istinadən xəbər verir ki, "Səhər mərkəzi" proqramına qonaq olan ifaçı sağlam olmaq və həmişə eyni formada qalmaq üçün hər gün idman etdiyini bildirib:

"Hər gün səhər oyanan kimi əl-üzümü yumazdan əvvəl "pres" edirəm. Hazırda yuxudan oyanan kimi 100 yuxarı, 100 də aşağı "pres" edirəm. Daha sonra əl-üzümü yuyuram və süfrəyə əyləşirəm.

Səhər yeməyini çox sevirəm, hətta çox yeyirəm. Ümumiyyətlə, arıqlamaq istəyənlərə demək istəyirəm ki, hər gün yuxudan oyanan kimi 15 dəfə yuxarı, 15 dəfə aşağı "pres" edirsiniz. Hər gün də bu "pres"lərin sayını atırırsınız".

Qeyd edək ki, Xalq artisti illər əvvəl verdiyi müsahibələrindən birində nadir hallarda çörək yediyini, 14 ildir ki, qənddən istifadə etmədiyini bildirib.


Etiketlər:  Xalq artisti Hər gün pres edirəm VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ