Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kilsəni əxlaqsızlıq yuvasına çevirən keşiş - 53 uşağa təcavüzdə ittiham olunur

Kilsəni əxlaqsızlıq yuvasına çevirən keşiş - 53 uşağa təcavüzdə ittiham olunur

Tarix: 11 Noyabr 2021 02:34

Rusiyanın ucqar Yəhudi Muxtar Dairəsində yaşanan qalmaqal bütün vilayəti şoka salmaqla yanaşı, hiddətinə səbəb olub.

Sonxeber.net rus mediasına istinadən xəbər verir ki, dini məbəddə qalmaqallı rəzalət faktının əsas qəhrəmanı da məhz din xadimidir. Məbəddəki uşaqlara alkoqol və narkotika qəbul etməyə vadar edən keşişin otağında axtarış zamanı porno şəkillər aşkar olunub. Bəlli olub ki, din xadimi 12 yaşdan 16 yaşa qədər azyaşlılara təcavüz edib. Sayları isə nə az nə çox, düz 53-dür.

40 yaşlı din xadiminə köməkçisi 26 yaşlı Sergey adlı şəxs də kömək edib. İnformatikadan onlara dərs deyir, arabir uşaqları ekskursiyaya da aparırmış. Yerli sakinlərin ona inanmağa haqqı da olmayıb - onun barəsində yaxşı danışır və ağıllarına da gəlmirdi ki, din xadimi bu cür iyrəncliklərə yol verər. 51 epizod üzrə ittiham olunan keşişin əməlləri nəticəsində bir neçə uşaq psixi travma da alıb. İnsidentin üstünü isə bir qadın açıb. Şikayət əsasında axtarış zamanı onun otağından əxlaqsız xarakterli materiallar tapılıb. İndi pedofil keşiş 18 il həbsxanada qalmalı olacaq.

Anar Əli


Etiketlər:  Kilsəni əxlaqsızlıq yuvasına çevirən keşiş uşağa təcavüzdə ittiham olunur


RƏYLƏR