Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2021 04:03
Acı bibər qədim zamanlardan saçların tökülməsi zamanı müalicəvi vasitə kimi istifadə olunurdu.
Acı bibər dəridə qan dövranını yaxşılaşdırır, sürətləndirir ki, nəticədə saçların tökülməsi azalır, saçlar daha yaxşı uzanır, onların görünüşü və keyfiyyəti yaxşılaşır.
Saçların tökülməsinin qarşısını almaq üçün bu kimi çox təsirli reseptlərdən faydalana bilərsiniz.
1 ədəd acı qırmızı bibər (iri olmalıdır) yuyulur, təmizlənilir, doğranılır və üzərinə 100 qr tibbi spirt tökülür. 2 həftə ərzində sərin qaranlıq yerdə saxlayın və sonra maskalar tərkibində istifadə edin. Bu üsulla acı bibər tinkturası alınır. Hazır acı bibər tinkturası apteklərdən almaq olar. Bu tinkturadan da istifadə edə bilərsiniz.
Saçların tökülməsini azaltmaq üçün belə maska hazırlayın:
1 xörək qaşığı tinktura götürüb 1 xörək qaşığı su və 1 xörək qaşığı gənəcərçək yağı ilə yaxşı qarışdırın və baş dərisinə çəkin (yalnız baş dərisinə!). Başınıza sellofan papaq (duş qəbul etmək üçün istifadə olunan) taxın və dəsmalla bağlayın. Maskanı 30 dəqiqə ərzində saxlayıb saçlarınızı adi qaydada yuyun.
Baş dərisi və saçlarınız çox yağlıdırsa gənəgərçək yağının əvəzinə 1 xörək qaşığı yağlılığı az olan kefir və ya qatıqdan istifadə edin.
Maskanı 1 ay ərzində həftədə 2-3 dəfə edin. Sonra 1 ay fasilə verin və yenə təkrarlayın.