Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

KOBİA Kiçik Biznes üzrə Beynəlxalq Şuraya üzv qəbul edilib

KOBİA Kiçik Biznes üzrə Beynəlxalq Şuraya üzv qəbul edilib

Tarix: 11 Noyabr 2021 11:24

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) biznes sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və əməkdaşlığın genişləndirilməsi məqsədilə mikro, kiçik və orta sahibkarlıq sahəsində fəaliyyət göstərən müxtəlif təşkilatlarla əməkdaşlıq edir.

KOBİA "Kiçik Biznes üzrə Beynəlxalq Şura"ya (The International Council for Small Business - ICSB) üzv qəbul edilib. 1955-ci ildən etibarən fəaliyyət göstərən və sıralarında 90-a yaxın ölkənin müvafiq qurumlarını birləşdirən ICSB beynəlxalq miqyasda kiçik biznesin böyüməsini və inkişafını dəstəkləyir, biznesin idarə edilməsi və sahibkarlığın inkişafı ilə bağlı yenilikləri təbliğ edir.

Agentlik ICSB ilə KOB-lara dəstək sahəsində ən yaxşı beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi, bu sahədə Azərbaycan təcrübəsinin digər təşkilatlara çatdırılması, təşkilata üzv olan qurumlarla əlaqələrin inkişafı və s. istiqamətlərdə əməkdaşlıq edəcəkdir.


Etiketlər:  KOBİA Kiçik Biznes üzrə Beynəlxalq Şuraya üzv qəbul edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ