Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2021 18:15
Əməkdar artist Ruhəngiz Allahverdiyeva evi olduğu halda kirayədə yaşayır.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə "Həmin Zaur" proqramında qonaq olarkən danışıb. Aparıcı Zaur Kamal ona "Siz kirayədə qalırsınız",-deyib.
Müğənni bu sualdan yayınmağa çalışıb:
"Yox, villam var. Bu haqda danışmayaq. Sonra millət deyir ki, ağlayırsınız, niyə ölmürsünüz. Müğənniyə geyim üçün çox pul lazımdır. Ailədə dörd adam universitet bitirib, onların təhsil haqqı, yeməyi və sair xərcləri var. Bundan əlavə siz qazancınızı tək yeyirsiniz? Qardaş-bacıya da kömək etmək lazımdır. Sonra deməsinlər ki, özü bahalı maşında gəzir, yaxınları belə kasıbdır. Demirəm ki, nəsili mən saxlamışam. Amma dosta-tanışa yardım etmişəm. Babamdan qızıllar qalmayıb ki, satıb xərcləyək. Öz zəhmətimlə qazanmışam. Bünövrəni özüm qoymuşam, özüm qazanmışam. Sizcə tək mənim qazancımla kənardan müdaxilə olmadan bu işləri görmək olar? Ya mənim biznesim olmalıdır, o yoxdur. Ruhəngiz Allahverdiyeva tək olub. Mənim pulumu saymaq lazım deyil. Çünki yoxdur ki, sayasan".