Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2021 18:48
Əfqanıstanda hakimiyyətdə olan "Taliban" hərəkatı ölkə paytaxtı Kabilin "Ariana" tarixi kinoteatrını bağlayıb.
Sonxeber.net Report-a istinadən xəbər verir ki, bu kinoteatr on illərdir fəaliyyət göstərir.
Bildirilib ki, "Ariana"da Hindistan və ABŞ istehsalı olan aksiyon filmlər nümayiş olunurmuş. "Taliban" hesab edir ki, bu, şəriət normaları ilə ziddiyyət təşkil edir. Ona görə də kinoteatrı bağlayıblar.
"Ariana"nın əməkdaşları işə gəlsələr də, orada əyləncəli filmlərin göstərilməsinə icazə veriləcəyinə inanmırlar.