Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Almanlar qocalanda daha rahat yaşamaq üçün daha çox ödəniş etməyə hazırdırlar

Almanlar qocalanda daha rahat yaşamaq üçün daha çox ödəniş etməyə hazırdırlar

Tarix: 14 Noyabr 2021 19:22

Almaniyada keçirilmiş son rəy sorğuları göstərib ki, ölkə əhalisinin yarısından bir qədər çox hissəsi ahıl şəxslər pensiyaya çıxandan sonra onlara uzun müddət qulluq göstərmək üçün məcburi sığorta fonduna daha yüksək məbləğ ödəməyə hazırdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatçılar son rəy sorğularını təhlil edərək, ahıl vətəndaşlara qulluq barədə qanunvericilikdə islahat aparmaq zəruridir. Ahıl vətəndaşlara ictimai qayğının səviyyəsini öyrənən "Diakonie" qeyri-hökumət təşkilatının baş direktoru Mariya Loxeydenin fikrincə yeni federal hökumət bu sahədə dərhal islahatlar aparmalıdır. O deyib: "Pulsuz yaxşı qulluq göstərilmir. İnsanlar bunu bilirlər və daha çox ödəniş etməyə hazırdırlar.

Loxeyde vurğulayıb: "İnsanlar gözləyirlər ki, gələcəkdə onlara qulluq göstərilməsinin maliyyələşdirilməsi qocalıqda onlara yaxşı qulluq göstərilməsi şəklində əvəzini çıxacaq".

Milli.Az


Etiketlər:  Almanlar qocalanda daha rahat yaşamaq üçün daha çox ödəniş etməyə hazırdırlar


RƏYLƏR