Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan müdafiə nazirini niyə tələm-tələsik istefaya göndərdi?

Paşinyan müdafiə nazirini niyə tələm-tələsik istefaya göndərdi?

Tarix: 15 Noyabr 2021 14:12

"Ermənistanda müdafiə nazirinin dəyişməsini biz dəfələrlə müşahidə etmişik. Lakin bunun heç birində Azərbaycana qarşı münasibətin dəyişdiyini ehtimal etməyə əsas vermir. Çünki dəyişən nazirlər münaqişənin həll olunması istiqamətində heç bir addım atmayıblar və bununla da bizim yaddaşımızda qalan bir erməni müdafiə naziri yoxdur".

Bunu Sonxeber.net-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, Ermənistan ya üçtərəfli birgə bəyanatın şərtlərinə uyğun addım atmalıdır, ya da növbəti dəfə alçaldılacaqlar:

"Suren Papikyan fəaliyyətini böyük ehtimalla Ermənistanın siyasi rəhbərliyinin göstərişlərinə uyğun olaraq həyata keçirəcək. Çox böyük ehtimalla Arşak Karapetyanın vəzifədən uzaqlaşdırılması Laçın ərazisində həyata keçirilən təxribatlar və bu təxribatlar nəticəsində növbəti dəfə Ermənistan ordusunun alçaldılıb, rəzil bir vəziyyətdə olduğunu faktlarla (foto və video materiallarla - red.) sübut edilməsi ilə əlaqədar olduğunu düşünürəm. 

Təbii ki, Laçın istiqamətində baş verən son təxribatlarda Karapetyanın Xankəndinə səfəri mühüm rol oynadı. Bütün mətbuata da məlum idi ki, o iki "Kamaz"da yerləşən erməni hərbçilərinin Azərbaycan ərazilərinə soxulmaq göstərişini məhz Karapetyan vermişdi. İndi Karapetyanı da biz digər nazirlər kimi artıq tarixin keçmiş səhifəsinə dəfn edə bildik. 

Ermənistanda müdafiə naziri postuna kim gəlirsə gəlsin, fərq etməz, ya bu işlər imzalanan üçtərəfli birgə bəyanatın şərtlərinə uyğun olaraq həyata keçiriləcək, ya da ki, əks tərəf növbəti dəfə alçaldılmaya, zorlanmaya, döyülməyə, söyülməyə, şillə-təpiklə ərazilərdən çıxarılmağa məruz qalacaq. Bunun başqa yolu yoxdur. Ermənistanın hərbi-siyasi rəhbərliyi artıq bunu anlamalıdır".

Təhməz Əsədov


Etiketlər:  Paşinyan müdafiə nazirini niyə tələm tələsik istefaya göndərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ