Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qətnamə verilmir, uşaqlara həsrət qalmışam" - Əməkdar artistin gəlini

Tarix: 15 Noyabr 2021 16:20

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana övladlarını görə bilməməkdən gileylənib.

Axşam.az-a açıqlama verən Canana bildirib ki, məhkəmə bitəndən qətnamə verilməyib, ona görə də övladlarını götürə bilmir:

"Apellyasiyaya da verə bilmirəm. Qətnamənin verilməsi uzadılır. Uşaqlarımı görə də bilmirəm. Ancaq qətnamə veriləndən sonra hakimin qərarına əsasən müəyyən günlərdə onları görə, gəzdirə biləcəm. Bezmişəm məhkəmələrdən. Uşaqlarıma həsrət qalmışam. Məhkəmədən sonra cəmi bir dəfə uşaqlarımı gördüm, xəstələnmişdilər, dərman alıb apardım, gördüm və qayıtdım. Uşaqlarımın həyatı hansısa haqsız hakimin rəyindən asılı qalıb. Uşaqlar heç kimin marağında deyil".

Canana bildirib ki, "Təsir dairəsi" proqramında oğlu Tuncaya haqsızlıq edilib:

"Verilişdə 12 yaşlı uşağa psixoloji travma yaşatdılar. Tuncay həmin verilişdən sonra utandığından mənimlə danışmırdı. Sosial şəbəkədə onu tənqid etdilər. Hər kəs uşağı anasına qarşı çıxdığı üçün qınayırdı. İki gündür mənimlə danışır".

Qeyd edək ki, Canana M.İsgəndərlinin oğlu Kərimlə ötən ay rəsmən boşanıb. Cütlüyün 3 övladı atada qalıb.

Milli.Az


Etiketlər:  Qətnamə verilmir uşaqlara həsrət qalmışam Əməkdar artistin gəlini


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ