Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şuşada “Nə oldu, Paşinyan?!” deyən aktyor haqda bilmədikləriniz - FOTO

Şuşada “Nə oldu, Paşinyan?!” deyən aktyor haqda bilmədikləriniz - FOTO

Tarix: 16 Noyabr 2021 05:34

Xəbər verdiyimiz kimi, Türkiyənin reytinqli "Eşkiya dünyaya hükümdar olmaz" serialında İlyas obrazı ilə məşhurlaşan aktyor Ozan Akbaba Şuşaya səfər edib. O, Elşən Orucovun çəkdiyi videoda "Nə oldu, Paşinyan?!" deməsi ilə gündəm olub.

Sözügedən görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb. 39 yaşlı aktyorun şəxsiyyəti bir daha maraq doğurub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ayrı-ayrı illərdə Türkiyənin dövri mətbuatında Akbabanın Qarsda doğulması, əslən isə azərbaycanlı olması ilə bağlı məlumatlar dərc olunub.

Bundan başqa, aktyor toyunda həyat yoldaşı ilə "Tərəkəmə" rəqsini oynayıb. Hələ 2019-cu ilin dekabrında "Aman reis duymasın" filminin premyerası çərçivəsində Bakıya təşrif buyuran Akbaba əslən azərbaycanlı olduğunu demişdi:

"Mənim soyum buradandır, babam azərbaycanlıdır.Ona görə Bakıya özəl marağım və istəyim var. İlk dəfə gəlsəm də, inanılmaz gözəl şəhərlə qarşılaşdım. İnsanları da çox gözəldir. Hətta vaxtım olsa, burada yaşamağa belə gələrəm.

Tərəkəməli olduğumuz üçün o rəqsi oynadım. Oynamaqda çətinlik çəkmədim. Amma yutubda çox maraqlı şərhlə qarşılaşdım: "Oğlan yaxşı oynamır. Ancaq deyəsən, həyat yoldaşı azərbaycanlıdır". Ancaq xanımım Konyadandır. Bizlərə heç bir aidiyyəti yoxdur. Düzü, o paylaşıma bir az pis oldum".

O, Rəşid Behbudov, Şövkət Məmmədova, İmamyar Həsənov kimi sənətkarlarımızı çox sevdiyini demişdi:

"Xüsusi olaraq operalarınıza qarşı böyük sevgim var. Məsələn, "Arşın mal alan" operettanızı çox bəyənirəm. Azərbaycan film və seriallarından yaxşı təklif gəlsə, qəbul edərəm. Əsas odur ki, ürəyimcə olsun".

Milli.Az


Etiketlər:  Şuşada oldu Paşinyan deyən aktyor haqda bilmədikləriniz FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ