Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əlillik pensiyası dayandırılan vətəndaş - VİDEO

Əlillik pensiyası dayandırılan vətəndaş - VİDEO

Tarix: 16 Noyabr 2021 14:48

Beyləqan rayon Yeni Mil kənd sakini Muradov Hasil neçə illərdir ağ ciyər vərəmi xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyi ağır keçirdiyinə görə, dəfələrlə xəstəxanalarda müalicə alan müsahibimizin dediklərinə görə, o, artıq 5 ildir ki, dövlətdən pensiya alırdı.

İkinci qrup əlillik dərəcəsi təyin edilən Hasil tələb olunan qaydalarda dəfələlərlə komissiyadan keçib və xəstəliyi təsdiqləndiyi üçün pensiyasını vaxtında almaq şansı da olub. Beş ilin tamamından sonra, yenidən təqaüdün alınması üçün sənədlərini toplayıb müvafiq ünvana göndərən müsahibimizə Bu dəfə imtina cavabı gəlib.

Sözügedən məsələdən artıq bir neçə ay keçməsinə baxmayaraq, o, hələ də pensiyasını ala bilmir. Səbəb isə, sənədlərinin təsdiqlənməməsidir.

Yeganə oğul övladını ikinci Vətən müharibəsində itirən şəhid atasının indi maddi durumu acınacaqlıdır. O, sağlamlığı ilə əlaqədar işləyə bilmədiyindən,dərmanlarını da vaxtında almaqda çətinlik çəkir. Yeganə gəlir yeri alacağı müavinətdir ki, onun da taleyi hələ bəlli deyil. Biz də bu problemə çarə tapmaq üçün, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya agentliyinə müraciət etdik.

Xidmətin mətbuat katibi Gülnar Əzizova xoş xəbər verərək bildirdi ki, artıq vətəndaşın əlilliyi müəyyən edildi.

Təki bütün məsələlər bu vətəndaşımızın problemi kimi öz həllini tapsın.


Etiketlər:  Əlillik pensiyası dayandırılan vətəndaş VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ