Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2021 17:10
Əməkdar artist Mətanət İsgəndərli nəvələri ilə görüntüsünü yayımlayıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni keçmiş gəlini Canananın uşaqların evdə köməkçi ilə qalması, ifaçının nəvələri ilə vaxt keçirməməsi iddialarına cavab verib.
İsgəndərli paylaşımına "Böyük nəvəm Tuncay... Hər zaman mənimlə belə zarafatlar edir. Çünki mən onların "çəpənçə" nənələriyəm. Dünən nəvələrimlə sahil parkında gözəl bir gün keçirdik. Allah bütün balaları saxlasın" qısa şərhini yazıb.
Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim həyat yoldaşı Canana ilə ötən il ayrılıb. Cütlük oktyabrda rəsmən boşanıb. Onların 3 övladı ata ilə qalıb.