Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Əsas baş məşqçimin mənə güvənməsidir” – Maqaye Qeye

“Əsas baş məşqçimin mənə güvənməsidir” – Maqaye Qeye

Tarix: 26 Avqust 2019 13:00

"Qarabağ"ın legioneri Maqaye Qeye Premyer Liqanın ikinci turunda evdə "Qəbələ"ni 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Hazırkı fiziki durumu haqda nə deyə bilərsən?

- Bura gələndə təbii ki, tam formada deyildim. Artıq yavaş-yavaş əvvəlki formamı bərpa etməyə başlamışam. Əsas baş məşqçimin də mənə güvənməsi, şans verməsidir. Buna görə də məmnun və çox xoşbəxtəm.

 - “Linfild”lə matçın 90+3-cü dəqiqəsində penaltini “Panenka zərbəsi" ilə vurmağın təəccübləndirdi. Özünə bu qədər əmin idin? Sonradan peşman olmadın ki, birdən epizodu qaçıra da bilərdim?

- Heç bilmirəm ki, buna necə cavab verim. Özümə güvənirdim.

- Ümumiyyətlə, həmin qarşılaşma haqda nə düşünürsən? Rəqib standart vəziyyətlərdən iki qol vurdu. Cavab görüşündə buna qarşı planınız var?

- Səfər oyunları həmişə ağır olur. Çox qol vəziyyətləri olmadı. İki qolu standart vəziyyətlərdən vurdular. Ev matçında bununla bağlı ehtiyatlı olmalıyıq.

- Son dəqiqədə vurduğun qol “Qarabağ”ın şansını daha da artırdı?

- İki qol vurduğumuz üçün cavab oyununda imkanlarımız qalır. Komanda yoldaşlarıma inanıram.

- Zədəli və cəzalı futbolçular olmasaydı, “Linfild”i məğlub edə bilərdiniz?

- Səmimi deyim ki, bilmirəm necə olardı. Demək olar ki, komandada bütün futbolçular eynidir. Qarşıdakı oyuna köklənirik.

 


Etiketlər:  Əsas baş məşqçimin mənə güvənməsidir Maqaye Qeye


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ