Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məktəbdə istilik problemi: Uşaqlar evə xəstə qayıdır - VİDEO

Məktəbdə istilik problemi: Uşaqlar evə xəstə qayıdır - VİDEO

Tarix: 18 Noyabr 2021 14:04

Bu  məktəb 15 ildir ki, istifadəyə verilib. Qış mövsümündə məktəbin qızdırılması üçün müasir qazanxana da inşa olunub, otaqlarda qızdırıcı radiatorlar quraşdırılıb. Amma o vaxtdan bəri təhsil müəssisəsi heç zaman  istiliklə təmin edilməyib. Şagirdlərin soyuq otaqlarda təhsil almasına səbəb olan kimlərdir?

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən Malıbəyli kənd 1 nömrəli tam orta məktəbində istilik sistemi işləmir. Həm otaqlarda, həm binanın dəhlizlərində qızıdırıcı radiatorlar olsa da, istiliklə təmin edilmir.  İddialara görə bu vəziyyət illərdir ki, davam edir. 

Soyuq havalarda otaqlar elektrik sobaları ilə qızdırılır. Valideynlərin sözlərinə görə elə siniflər var ki, orada heç sobadan da istifadə etmək olmur. Çünki məktəbin elektrik sistemində də problemlər var. 

Təhsil müəssisəsinin direktoru Günəş Hüseynovanın sözlərinə görə məktəb 15 ildir ki, istifadəyə verilib. O vaxtdan bəri istiliklə təmin edilməyib. O iddia edir ki, qızdırıcı radiatorlar istilik xəttinə qoşulmayıb. Mövcud vəziyyətlə bağlı aidiyyatı qrumlara məlumat verilsə də, problem həllini tapmayıb. 

Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-dən bildirilib ki, sözügedən məktəb onların balansında deyil. Təhsil nazirliyindən isə qeyd edilib ki, məsələdən xəbərdardırlar və lazımi tədbirlər görüləcək.

Milli.Az


Etiketlər:  Məktəbdə istilik problemi Uşaqlar evə xəstə qayıdır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ