Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistanın Rusiya ümidləri puç olub

Ermənistanın Rusiya ümidləri puç olub

Tarix: 18 Noyabr 2021 15:18

"Ermənistan Rusiyadan heç bir dəstək görmür". Bu sözləri CivilNet-ə açıqlamasında Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Eduard Aqacanyan bildirib. "Biz alternativ müttəfiqlər, mövcud strateji müttəfiqimiz, münasibətlər və problemlərdən danışırıq. Və bu da bizim siyasi qüvvələrin nümayəndələrinin mövqeyidir. Mahiyyətcə isə bizim cəmiyyətdə geniş yayılan həyəcan siqnalıdır", - deyə bildirib.

"Cəmiyyətdə, xüsusən də hərbi eskalasiya, təxribatlar fonunda belə suallar yaranır ki, indiki halda müttəfiqimiz haradadır, niyə strateji müttəfiqimizdən adekvat cavab görmürük? 2020-ci il mayın 14-də həm KTMT, həm də Rusiya müvafiq sahələrdə yardım üçün yazılı müraciət alıb, lakin gözləntilər doğrultmayıb. Təəssüf ki, gözlədiyimiz adekvat cavabı ala bilmirik. Hesab edirəm ki, lazım gələrsə, dövlət aidiyyatı şəxslərə daha bir bəyanat və ya bir ərizə göndərməlidir.

Ermənistan hökumətinin mövqeyi birmənalıdır ki, KTMT Ermənistanın bu struktura qoşulduğu missiyaya uyğun olmalıdır və bu struktur əslində Ermənistanın suverenliyinin təminatçılarından biridir və biz bu barədə çox, birbaşa danışmalıyıq. Bu barədə rusiyalı tərəfdaşlarımızla da birbaşa danışmalıyıq. Ermənistanın xarici mövqeyini dəyişmək, yeni müttəfiqlər axtarmaq arzusu yoxdur. Ona görə də hesab edirəm ki, hökumət müttəfiqlərimizlə münasibətlərdə daha fəal olmalıdır və birmənalı olaraq, mövcud problemləri həll etmək və eyni yolla irəliləmək olar", - deyə komissiya sədri bildirib.

Kamran Seyidov
Milli.Az


Etiketlər:  Ermənistanın Rusiya ümidləri puç olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ