Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2021 23:10
Həbsxanada 48 gündür aclıq aksiyası keçirən Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin vəziyyəti kritikdir.
Sonxeber.net kanal.az-a istinadən xəbər verir ki, bu barədə Saakaşvilini müayinə edən həkim qrupu açıqlama verib. Hüquq müdafiəçisi Nino Lomjaria tərəfindən bir araya gətirilən həkimlər Saakaşvilini müayinə edib. Vəkili Nika Qvaramiya bildirib ki, Saakaşvili reanimasiyaya yerləşdirilib. Reanimatoloqun sözlərinə görə, eks-prezidentin təzyiqi 180-ə qalxıb.
Həkimlər qrupu Saakaşvilinin vəziyyəti pisləşdikdən sonra səhiyyə naziri Yekaterina Tkaradze ilə görüşə yollanıb.