Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakının bəzi ərazilərində yerləşən binalara istilik verilməyib - VİDEO

Bakının bəzi ərazilərində yerləşən binalara istilik verilməyib - VİDEO

Tarix: 19 Noyabr 2021 14:18

Bir neçə gündür ki, istilik mövsümünün başlanmasına baxmayaraq, Bakıda yerləşən bəzi binalara hələ də istilik verilməyib. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Nizami rayonu, Bəhruz Nuriyev 1/77 ünvanında yerləşən binalardan gedir.

Ərazidə yaşayan sakinləri istilik mövsümünün 3 gündür ki, başlamasına baxmayaraq, hələ də binalarının qızdırılmamasından şikayətçidirlər.

Onlar soyuqdan qorunmaq üçün həyətdə ocaq da qalayırlar. Sakinlər bu yolla küçədə qızınıb evə girdiklərini deyirlər.

Bundan başqa, bütün istilik boruları binanın daxilindən yox, fasad hissədən çəkilib. Bu da izoliyasiyası olunmayan xətlərin tez-tez sıradan çıxmasına səbəb olur. Sakinlər həmçinin bloka çəkilən xətlərin səhv quraşdırıldığını da iddia edirlər.

Rayonun İsmayıl Məmmədov 7 ünvanının sakinlərinin də problemi eynidir. Sakinlər bildirirlər ki, istiliyin olmamasına səbəb kimi onlara qazanxanada təmir işlərinin aparılmasını göstəriblər.

Xətai rayonu, Telnov 3 və Gəncə prospekti 75 ünvanının sakinləri də istilik sarıdan əziyyət çəkirlər.

Məsələ ilə bağlı "Azəristiliktəchizat"la əlaqə saxladıq. Qurumun rəsmisi Rafiq Əliyev "Xəzər Xəbər"ə bildirdi ki, qazanxanalar qrafik üzrə işə salınır. Həmin binalar da qrafikə əsasən bu gün gecədən etibarən istiliklə təmin olunacaq. O ki qaldı istilik verilməyən binalardakı boruların təmir olunması məsələsinə, qurum rəsmisi bildirdi ki, təmir işləri ilə "Azəristiliktəchizat" yox, məhz binanın balansında olduğu müəssisə məşğul olmalıdır. İstilik mövsümü başladıqda isə binalara istiliyin tez verilməsi üçün "Azəristiliktəchizat" bu təmirləri özü edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Bakının bəzi ərazilərində yerləşən binalara istilik verilməyib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ