Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2021 21:28
Bolqarıstan vətəndaşları Avropa İttifaqı ölkələrinin reytinqində siqaret çəkənlərin sırasında birinci yerdədir.
Sonxeber.net bildirir ki, AZƏRTAC Avropa Statistika Agentliyinə istinadla xəbər verir ki, Bolqarıstanda yetkin əhalinin 28,7 faizini pis vərdişdən əziyyət çəkir. Bolqarıstanda sonra Yunanıstan (23,6 faiz), Latviya (22,1 faiz), Almaniya (21,9 faiz) və Xorvatiya (21,8 faiz) yerləşir. Ən az siqaret çəkənlər İsveç (6,4 faiz), Finlandiya (9,9 faiz), Lüksemburq (10,5 faiz), Portuqaliya (11,5 faiz) və Danimarkada (11,7 faiz) qeyd olunub. 2019-cu ildə 15 yaşdan yuxarı Aİ əhalisinin 18,4 faizi gündəlik olaraq siqaret çəkdiyini bildirib. Məlumatlar göstərir ki, Aİ əhalisinin 12,6 faizi gündə 20-dən az, 5,9 faizi isə gündə 20-dən çox siqaret çəkib. Kişi əhalisi arasında daha çox siqaret çəkənlər var. Belə ki, 15 və daha yuxarı yaşda olan kişilərin 22,3 faizi, qadınların isə 14,8 faizi gündəlik siqaret çəkib. Milli səviyyədə gündəlik siqaret çəkən kişilərin nisbəti İsveçdə ən aşağı səviyyə olan 5,9 faizdən Bolqarıstanda ən yüksək səviyyə olan 37,6 faizə qədər dəyişir. Qadınlar arasında bu nisbət İsveçdə 6,8 faizdən Bolqarıstanda 20,7 faizə qədərdir. Bütün Aİ ölkələrində, İsveç və Danimarka istisna olmaqla, kişilər arasında gündə çəkilən siqaretlərin nisbəti qadınların çəkdiyi siqaretlərin sayından daha çoxdur.