Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2021 08:48
Xəbər verdiyimiz kimi, Azərbaycanda cari ilin yanvar-sentyabr aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı artaraq 723 manat 20 qəpik olub.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, əməkhaqqı neft-qaz sektorunda 3183 manat 20 qəpik, qeyri neft-qaz sektorunda 673 manat 50 qəpik təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 641manat 40 qəpik, özəl müəssisələrdə isə 820 manat 10 qəpik olub.
Cari ilin ilk doqquz ayında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə 900 manatdan yüksək olan orta aylıq nominal əməkhaqqı aşağıdakı kimi olub:
Mədənçıxarma sənayesi - 3 121 manat 80 qəpik
Maliyyə və sığorta fəaliyyəti - 1 985 manat 90 qəpik
İnformasiya və rabitə - 1 154 manat 70 qəpik
Peşə, elmi və texniki fəaliyyət - 1 178 manat 80 qəpik
Dövlət idarəetməsi və müdafiə; sosial təminat - 960 manat 50 qəpik
Nəqliyyat və anbar təsərrüfatı - 926 manat 70 qəpik