Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2021 11:36
Türkiyəli aktyor Murad Yıldırım yeni serialı "Aziz" üçün pəhriz saxladığını açıqlayıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, aktyor 3 ay ərzində 10 kiloqram arıqladığını bildirib. Həmin vaxt ərzində meyvə-tərəvəz yeməyə üstünlük verən Yıldırım siqareti də tərgidib.
Hər gün yürüş edən aktyor bitki çayları və bol su içdiyini də qeyd edib.