Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2021 18:24
Bu gün Konqo Demokratik Respublikasının şərqində qızıl şaxtası ərazisində 7 Çin vətəndaşı oğurlanıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, naməlum şəxslər Çinin "Bayond Mining" şirkətinin idarəetməsində olan şaxtanı atəşə tutub.
Nəticədə şaxtanın mühafizəsini təmin edən konqolu hərbçilərdən biri ölüb. Silahlılar 7 çinli mütəxəssisi oğurlayıblar.
Konqo hökuməti çinlilərin xilas edilməsi üçün bölgəyə əlavə polis qüvvələri göndərib.
Hücumu hansı qrupun təşkil etdiyi hələlik məlum deyil.
Qeyd edək ki, son aylar Cənubi Kivu əyalətində Çinin "Bayond Mining" şirkəti ilə yerli sakinlər arasında narazılıq hökm sürür. Yerli əhali sənaye məqsədilə istifadə edilən torpaqlara görə ödənilən kompensasiyanın həcmindən narazıdır.