Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sahibkarlar arasında keçirilən mini futbol turniri başa çatdı - FOTOlar

Sahibkarlar arasında keçirilən mini futbol turniri başa çatdı - FOTOlar

Tarix: 22 Noyabr 2021 14:28

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Marsol" MMC-nin tərəfdaşlığı, "Qolat Sport Services"in təşkilatçılığı və "Modern Hospital"ın dəstəyi ilə sahibkarlıq subyektləri və bir sıra dövlət qurumlarının iştirakı ilə təşkil olunmuş mini futbol turniri başa çatıb.  

Noyabrın 21-də keçirilmiş final mərhələsində 1-ci yeri "Kapital Bank", 2-ci yeri "Mibella Mebel", 3-cü yeri "Pimapen", 4-cü yeri isə Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) komandaları tutub. Qalib komandalara kubok, medal və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, sahibkarlıq subyektlərinin və dövlət qurumlarının əməkdaşlarından ibarət 32 komanda arasında təşkil olunmuş mini futbol turniri sentyabrın 26-da start götürüb.

Milli.Az


Etiketlər:  Sahibkarlar arasında keçirilən mini futbol turniri başa çatdı FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ