Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peskovun oğlu instaqram paylaşımına görə tənqid olundu

Peskovun oğlu instaqram paylaşımına görə tənqid olundu

Tarix: 22 Noyabr 2021 20:20

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun oğlu Mika Peskov instaqram hesabında etdiyi paylaşımla bağlı gündəmə gəlib və ölkəsində kəskin tənqidlərə məruz qalıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, 17 yaşlı Mika Peskov bloqer Səid Qubdenskinin avtomobil qəzasına düşərək həlak olmasından sonra üzərində "sürməyə davam edəcəyəm" yazılı post paylaşıb. Bu isə ölkə ictimaiyyəti arasında qalmaqala səbəb olub.

Dmitri Peskovun qızı Yelizaveta Peskova isə kiçik qardaşına dəstək olaraq instaqram hesabında bildirib ki, Mika hər hansısa bir şəxsin paylaşımını "skrin" edib və öz hesabında status olaraq paylaşıb. Peskovanın sözlərinə görə, qardaşı sadəcə olaraq bu cür hadisələrin bir çox insana heç nə öyrətmədiyini göstərmək istəyib.

O, etirazlarla razılaşaraq bildirib ki, qardaşı paylaşımının başqasına məxsus olduğunu və "skrin" olduğunu qeyd etməli idi.

Yelizaveta Peskova onu da əlavə edib ki, valideynləri onları bu cür böyütməyib və Mika heç vaxt belə bir paylaşım etməzdi, çünki o, jurnalistlərin onun hər addımını izlədiyini yaxşı bilir.

Qeyd edək ki, bloger Səid Qubdenski və Dağıstanın Avtomobil və Motosiklet İdmanı Federasiyasının prezidenti Zaur İbrahimov noyabrın 20-si Kutuzovski prospektində avtomobil qəzası nəticəsində həlak olublar.


Etiketlər:  Peskovun oğlu instaqram paylaşımına görə tənqid olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ