Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2019 21:56
"Həddindən artıq təzyiqli oyun keçdi. Qələbə qazanmağımız da yaxşı oldu. Mübarizə aparmaq lazımdır. Azarkeşlər bizi tək qoymadı. Ötən il onları üzdük. Futbolçulara isə çox sağ ol düşür".
Qol.az-ın məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqanın II turunda evdə "Neftçi"ni məğlub etdikləri (1:0) matçdan sonra mətbuat konfransında deyib.
O bildirib ki, "Zirə"nin oyunçuları görüş ərzində çox qaçıb: "Bəzi oyunçular tez verdiyi qərarla düşdüyü situasiyadan çıxa bilirdi. Çalışacağıq ki, bu matçı unudaq və özümüzə gələk. Ehtiyat oyunçularımız da var. Özümüzə, gələcəyimizə inanırıq. "Neftçi"nin bu gün müdafiəsi güc sərf etdisə, biz həm hücumda, həm də müdafiədə güc itirdik".
Abasov çempionluq yarışında "Qarabağ"ın öndə olduğunu söyləyib: "Hamı bilir ki, ən birinci namizəd "Qarabağ"dır, sonra da "Neftçi". Biz isə Avropa Liqasına vəsiqə qazanmaq və digər kollektivlərə baş ağrısı olmaq istəyirik".