Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Planetin ən yaşlı insanı vəfat edib

Planetin ən yaşlı insanı vəfat edib

Tarix: 23 Noyabr 2021 23:32

Filippində dünyanın ən yaşlı insanı Françiska Susano 124 yaşında dünyasını dəyişib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Kabankalan şəhər hökuməti məlumat yayıb.

Onun dəqiq ölüm səbəbi bəlli deyil. Amma yerli səhiyyə idarəsi təqaüdçüdə koronavirus xəstəliyinin heç bir əlamətinin olmadığını bildirib.

Şəhər rəsmiləri vurğulayıblar ki, mərhumun planetin ən yaşlı insanı statusu rəsmi olaraq Ginnesin Rekordlar Kitabı tərəfindən təsdiqlənib. Susano 11 sentyabr 1897-ci ildə anadan olub.


Etiketlər:  Planetin yaşlı insanı vəfat edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ