Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2021 10:08
YUNİSEF-in Əfqanıstan üzrə nümayəndəliyinin Kommunikasiya şöbəsinin rəhbəri Samanta Mort ölkədə bir milyondan çox uşağın aclıqdan ölmək təhlükəsi altındadır.
"Təxminən 3,2 milyon uşaq ağır qida çatışmazlığından əziyyət çəkir. 1,1 milyon uşaq aclıqdan ölmək astanasındadır", - deyə o bildirib.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, həmçinin qeyd edib ki, hazırda 22,8 milyon Əfqanıstan vətəndaşı ərzaq çatışmazlığı ilə üzləşir.
YUNİSEF təmsilçisi bildirib ki, dünya Əfqanıstanın humanitar fəlakət astasında olduğunu anlamalıdır.