Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti boşandığı əri haqqında: ''Sevinərəm ki, onun ailəsi, övladları var'' - VİDEO

Xalq artisti boşandığı əri haqqında: ''Sevinərəm ki, onun ailəsi, övladları var'' - VİDEO

Tarix: 24 Noyabr 2021 18:00

Xalq artisti Gülyaz Məmmədova şəxsi həyatı ilə gündəmə gəlib.

Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, "Üzə-düz" proqramına qonaq olan sənətçi ayrıldığı həyat yoldaşından danışıb. Xalq artisti müəyyən problemlər səbəbilə ərindən boşandığını bildirib:

"Heç bir qadın boşanmaq istəməzdi. Sadəcə keçmiş həyat yoldaşım uzaq ölkədə yaşayırdı. Xarakterimiz uyğun olub da, olmayıb da. Elə şeylər var ki, mən onu danışmaq istəmirəm. Bizim onunla əlaqəmiz var, bir kənddənik, qohumuq, bir sinifdə oxumuşuq. Oğlumun atasıdır. Mən ona xoşbəxtlik arzulayıram. O, xoşbəxt olsa, mən sevinərəm ki, onun ailəsi, övladları var.

Kiminsə qəminə sevinmirəm. Düzdür, insanlar daha çox başqasının həyatını müzakirə edirlər, amma qoy etsinlər. Yenə də yarıda qalacaq onsuz da. Danışanlar həmişə danışacaqlar, elə şeylərə məhəl qoymamaq lazımdır. İnsan sevəndə peşman olmur, əksinə, o insanın hər xasiyyətini qəbul edir. Kənar fikirlər də təsir etmir.

Mən ikinci dəfə ailə qurmadım. Heç kimə görə yox... Bu, Allahın işidir. Allah bir anda insanın taleyini elə dəyişər ki... "Getmirəm" dediyin anda gedərsən. Allahın mənə yazısı nə olubsa, o da olacaq. Heç vaxt "heç vaxt" demirəm!"


Etiketlər:  Xalq artisti boşandığı əri haqqında Sevinərəm onun ailəsi övladları VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ