Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Slovakiyada pandemiya ilə əlaqədar 90 günlük fövqəladə vəziyyət rejimi tətbiq edilib

Slovakiyada pandemiya ilə əlaqədar 90 günlük fövqəladə vəziyyət rejimi tətbiq edilib

Tarix: 24 Noyabr 2021 23:46

Slovakiyada noyabrın 25-dən etibarən 90 gün müddətinə fövqəladə rejim tətbiq ediləcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Slovakiyanın Baş nazir Eduard Heger mətbuat konfransında bildirib.

Baş nazir fövqəladə vəziyyət rejiminin noyabrın 25-i gecə yarısından cümə axşamına kimi tətbiq olunacağını vurğulayıb. O əlavə edib ki, 10 gündən sonra hökumət vəziyyətə yenidən baxacaq.

Hegerin sözlərinə görə, karantin rejimi çərçivəsində saat 5:00-dan 1:00-a qədər evdən çıxmağa qadağa qoyulacaq: "İstisna olaraq işə gedənlərə, yaxınlıqdakı ərzaq dükanlarından alış-veriş edənlərə, habelə ev heyvanlarını yaşayış yerindən 500 metrdən çox olmayan məsafədə gəzdirənlərə bu qayda şamil edilməyəcək. Ərzaq və tələbat malları, mədəniyyət müəssisələri, xidmət, idman və əyləncə kompleksləri istisna olmaqla, bütün mağazalar bağlanacaq".

Həmçinin, restoranlar yalnız çatdırma, onlayn sifariş əsasında işləyəcək. Fabriklərdə işçilər həftəlik testdən keçiriləcək. Hələlik məktəblərdə dərslər əvvəlki qaydada davam edəcək.

Milli.Az


Etiketlər:  Slovakiyada pandemiya ilə əlaqədar günlük fövqəladə vəziyyət rejimi tətbiq edilib


RƏYLƏR