Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəy toyun ortasında HƏBS EDİLDİ: Gəlin GÖRÜN NƏ ETDİ

Bəy toyun ortasında HƏBS EDİLDİ: Gəlin GÖRÜN NƏ ETDİ

Tarix: 26 Noyabr 2021 12:42

Ekvadorda polis keçmiş həyat yoldaşına aliment ödəmədiyi üçün toyu dayandırıb və bəyi həbs edib.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, adı açıqlanmayan kişi qonaqların iştirakı ilə sevgilisi ilə üzük mübadiləsi aparmağa hazırlaşıb. Lakin o, gələcək həyat yoldaşına "hə" deməzdən əvvəl polis zala daxil olub.

Polis əməkdaşları gəlinin həbsin toydan sonraya qədər təxirə salınmasını xahiş etməsinə baxmayaraq, hadisənin ortasında ekvadorlunu saxlayıb və bölməyə aparıblar. Əsəbiləşən qadın xidməti avtomobilin arxasınca qaçaraq qışqırıb.

Məlum olub ki, kişi iki uşağı olan keçmiş həyat yoldaşına bir neçə aydır aliment ödəmir. Bəy günahını etiraf edib. Onun həbsdən azad edilib-edilmədiyi və sonda evlənə bilib-bilməyəcəyi məlum deyil.

Sosila şəbəkədə insanların fikirləri ikiyə bölünüb: bəziləri gəlinə rəğbətini bildirib, bəziləri isə kişini övladlarına yox, toya pul tapdığına görə qınayıb.


Etiketlər:  Bəy toyun ortasında HƏBS EDİLDİ Gəlin GÖRÜN ETDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ