Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2021 13:38
Öz problemi ilə problem verilişinə üz tutan növbəti vətəndaş Əhliman Hüseynovdur. Əhliman müəllim bildirir ki, o yaşadığı evi müqavilə vasitəsi ilə "Baku City" MTK ya verib. Bir şərtlə ki, sökülən köhnə binalanın yerində inşa olunan yeni binadan 55 kv metirlik ev və 20 kv metirlik padvalın yerinə müqavilədə qeyd olunduğu mənzil verilsin. Nəhayət Köhnə 3 mərtəbəli bina sökülür və yerinə yeni hündürmərtəbəli bina inşa olunur. Təzə mənzilinə qovuşacağı günü iplə çəkən Əhliman müəllim ağlına da gətirə bilməyəcəyi çətinliklə üz-üzə qalır. Belə ki, şirkət müqavilədə razılaşdırıldiğının əksinə olaraq mənzilin açarlarını mülkiyyətçiyə təhfil vermir. Onun yerinə isə başqa mənzil təklif edir. Hüseynovlar ailəsinin şirkətlə digər problemi isə razlığa əsaən verilməli olan kirayə haqqının yalnız 8 ayının ödənildiyidir. Əhliman müəllim indi şikayət ərizələri, şirkətlə bağlanan müqavilə və digər sənədlərlə öz halalımdır dediyi evin mübarizəsini davam etdirəcəyini ,şirkətin müqavilədə qeyd olunan heç bir öhdəliyi yerinə yetirilmədiyini bildirir.
Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki, məsələ ilə bağlı "Baku City" MTK-nın həmin binadakı ofisinə üz tutduq. Qapının arxasından müdürün ofisdə olmadığını və bizimlə əlaqə saxlayacaqlarını dedilər. Daha sonra telefon vaitəsi ilə özünü şirkətin nümayəndəsi kimi təqdim edən şəxs bizimlə əlaqə saxladı. Çəkilişə razı olmayaraq şifahi şəkildə məlumat verildi. Bildirdi ki, layihədə 16 mərtəbəli binanın tikilməsi nəzərdə tutulsa da bu mümkün olmayıb. Proyekt dəyişilərək 10 mərtəbəli bina tikilib və müqavilədə razılaşıldığı kimi 1-ci blok, 5-ci mərtəbə 18 nömrəli mənzili verə bilmirik. Mülkiyyətçiyə həmin kompleksin 3- cü blokdan təmirli ev təklif edirik. Lakin mülkiyyətçi razı deyil. Kirayə haqqınınsa yalnız bir neçə ayını ödəməmişik.
Atalar demiş söhbət danışıqdan keçər və görünən odur ki, şikayətçinin məhkəməyə müraciət etməsinə tam haqqı var.