Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Soçi görüşü öncəsi Rusiya və Ermənistan birgə niyə bu addımı atdı? - Təzyiq, yoxsa ...

Soçi görüşü öncəsi Rusiya və Ermənistan birgə niyə bu addımı atdı? - Təzyiq, yoxsa ...

Tarix: 26 Noyabr 2021 15:45

"Rusiya və Ermənistan hərbi qüvvələri 24-25 noyabr tarixində birgə hərbi təlim keçirməsi eksprom alınan təlimlər olmadı".

Bunu Sonxeber.net-a açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov deyib.

O bildirib ki, Rusiyanın Ermənistan ilə birgə keçirdiyi son hərbi təlimləri Soçidəki görüşlər ərəfəsində Azərbaycana qarşı təzyiq məqsədi daşımır:

"Ermənistan və Rusiya hərbi qüvvələrinin birgə təlimləri öncədən proqramlaşdırılmış və nəzərədə tutulmuş təlimlər idi, keçirildi. Düzdür, soyabrın 16-da baş verən son hadisələr sonrası bu təlimlər təxirə salınmışdı. Hətta Ermənistan ictimaiyyəti, siyasət adamları Nikol Paşinyanı günahlandırdılar ki, qorxdu, geriyə çəkildi, bu təlimləri həyata keçirmədi. Hətta sonra onu məcbur edirdilər ki, ordu "nömrə 1" vəziyyətə gətirilsin. Paşinyan bu tələblərə cavab olaraq bildirdi ki, biz bu gün buna ehtiyac görmürük ki, ölkədə fövqəladə vəziyyət yaradaq.  

Bəzi siyasi şərhçilər deyirlər ki, bu təlimlər məhz Soçi görüşü ilə bağlıdır, amma mən düşünmürəm ki, belədir. Çünki Rusiya və Ermənistan silahlı qüvvələri arasında olan müttəfiqlik öhdəlikləri var ki, onlar il ərzində bir neçə dəfə bu tip təlimlər keçirirlər. Bu da növbəti belə təlimlərdən biridir. Əgər nəzərə alsaq ki, Ermənistan bu təlimləri Rusiya ilə birgə keçirir, bunu Soçidə keçirilən görüşlər ərəfəsində Azərbaycana qarşı birgə hansısa bir mesaj vermək məsələsinə bağlamaq düzgün deyil".

Qeyd edək ki, Rusiya və Ermənistan hərbi qüvvələri 24-25 noyabr tarixində birgə hərbi təlim keçirib. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistanda hərbi hissələr yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib, şəxsi heyət əvvəlcədən müəyyən edilmiş ərazilərdə dislokasiya olunub. Komanda və müşahidə məntəqələri yerləşdirilib. Təlimlər aviasiya və tank bölmələrinin iştirakı ilə baş tutub.

Qeyd edək ki, Ermənistan ordusunun xüsusilə sərhəddə 1 nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilməsini bəzi ekspertlər Soçi görüşü öncəsi mümkün təxribata hazırlıq kimi qiymətləndiriblər.

Təhməz Əsədov


Etiketlər:  Soçi görüşü öncəsi Rusiya Ermənistan birgə niyə addımı atdı Təzyiq yoxsa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ