Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Finlandiya hökuməti peyvənd olunmayanlara qarşı məhdudiyyətlər hazırlayır

Finlandiya hökuməti peyvənd olunmayanlara qarşı məhdudiyyətlər hazırlayır

Tarix: 26 Noyabr 2021 21:56

Finlandiyanın ailə işləri və sosial xidmətləri naziri Krista Kiuru pisləşən epidemioloji vəziyyətə cavab olaraq məhdudiyyətlərin təqdim ediləcəyini elan edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, nazirin sözlərinə görə, məqsəd tam peyvənd olunmuş, sağalmış və ya koronavirusa görə testi mənfi çıxmış hər kəsə verilən koronavirus şəhadətnaməsinin istifadə yerlərini genişləndirməklə, peyvənd olunmamış şəxslərə tətbiq edilən məhdudiyyətlərlə virusun qarşısını almaqdır.

Krista Kiuru vurğulayıb ki, ölkədə ciddi məhdudiyyətlərə əl atmamaq üçün epidemioloji vəziyyət nəzarətə götürülməlidir.

"Virusa yoluxaraq reanimasiyaya yerləşdirilənlərin sayı durmadan artır, bu da öz növbəsində digər insanlar üçün sosial və tibbi xidmətlərə məhdudiyyətlərin olmamasına gətirib çıxarır", - deyə Krista Kiuru bildirib.

Bu arada, Finlandiyadakı reanimasiya şöbələri artıq yüksək xəstə sayı ilə işləmək məcburiyyətindədir. Yeni koronavirus xəstələrini yerləşdirmək üçün klinikalar təcili olmayan əməliyyatları ləğv etməli və xəstələri başqa müalicə müəssisələinrə köçürməli olur.


Etiketlər:  Finlandiya hökuməti peyvənd olunmayanlara qarşı məhdudiyyətlər hazırlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ