Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2021 23:28
Azərbaycanın şəlalələr diyarı adlandırılan Qusar rayonunun Ləzə kəndi əsrarəngiz təbiət mənzərələri ilə məşhurdur.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Ləzə kəndi və ətraf ərazilərin payız libası göz oxşayır. Dağ şəlalələri və Qusarçay çayının sahili boyunca uzanan təbiət mənzərələrinə baxmaqdan doymaq olmur. Şəlalələr diyarı Ləzəyə qızıl payız çox yaraşır.
Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242 metr hündürlükdə Şahdağ yüksəkliyinin ətəyində yerləşən kənddə 10-dan çox dağ şəlaləsi var. Qızmar yayda insanların könlünü sərinlədən şəlalələr şaxtalı mövsümdə donaraq görənlərə qış nağılını yaşadır. Bu da yerli və əcnəbi turistləri buraya cəlb edən əsas amillərdəndir. Kəndin yerləşdiyi yayla dəniz səviyyəsindən 1300 metr yüksəklikdədir. İki yüzə yaxın əhalisi olan Ləzə kəndində 30-dək ev var.
Ləzənin payız mənzərələrini özündə əks etdirən fotoreportajı təqdim edirik.