Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2021 17:20
Güclü kontralto səsi və eksentik musiqi janrlarında ifası ilə məşhur olan mərhum britaniyalı müğənni və bəstəkar Emi Uaynhausun ölümünün 10-cu ildönümü ilə əlaqədar Londonda sərgi təşkil olunub.
"Amy: Beyond the Stage" ("Emi: Səhnədən kənar") ekspozisiyası ulduzun atası Mitç Uaynhausun fəal iştirakı ilə yaradılıb. Burada onun mahnılarının əlyazısı olan əzilmiş kağızlar, şəxsi fotoları, konsert geyimləri və ayaqqabıları nümayiş edilib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, əsasən R&B, soul və caz stillərində ifa edən Emi Uaynhaus 2000-ci illərin aparıcı musiqiçilərindən biri olub. Onun 2006-cı ildə çıxan "Back to Black" adlı albomu 5 "Grammy" mükafatına layiq görülüb. İfaçı həmçinin 2007-ci ildə "Ən yaxşı britaniyalı qadın ifaçı" kimi "Brit Awards" mükafatı alıb.
Uaynhaus 2011-ci il iyul ayının 23-də alkoqoldan zəhərlənərək ölüb.