Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2021 02:35
Müğənni Murad Dalkılıcın Türkiyədə Kuşadasında yaşayan atası Mehmet Sedat Dalkılıç infarkt keçirib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, xəstəxanaya yerləşdirilən Sedat həkim nəzarətindədir. Həkimlər onun səhhətinin ağır olduğunu açıqlayıb.
Atasının infarkt keçirdiyini eşidən Murad sevgilisi Sitare Akbaş və bacısı Elif Dalkılıç ilə birlikdə ora yollanıb.
"Atam infarkt keçirib. Xəstəxanadadır, reanimasiyaya yerləşdirilib. İnanıram ki, sağalacaq. Sabah daha da yaxşı olacaq" deyə, müğənni açıqlamasında deyib.