Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan Soçi bəyanatından qaça bilməz - Yevgeni Mixaylov Milli.Az-a danışdı

Paşinyan Soçi bəyanatından qaça bilməz - Yevgeni Mixaylov Milli.Az-a danışdı

Tarix: 29 Noyabr 2021 14:28

"Fikrimcə, Soçi görüşü bütün dünyaya açıq şəkildə göstərdi ki, Ermənistan Rusiyanın Cənubi Qafqazda təhlükəsizlik və Azərbaycanla dostluq münasibətləri ilə birbaşa bağlı olan milli maraqlarına qarşı gedə bilməz".

Bunu Sonxeber.net-a açıqlamasında beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert, "Jurnalist araşdırması" adlı "Youtube" kanalının aparıcısı Yevgeni Mixaylov deyib.

Rusiyalı ekspert bildirib ki, Moskva bir daha sübut etdi ki, regionda əsas vasitəçi funksiyasından geri çəkilməyəcək:

"Bir çox ekspertlər görüşün məqsədəuyğunluğuna şübhə edirdilər, lakin Rusiya prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevlə birlikdə erməni baş nazir Nikol Paşinyanı inandıra bildi ki, əvvəllər əldə edilmiş razılaşmalardan (nəqliyyat dəhlizlərinin açılması və sərhədləri, delimitasiya, demarkasiyası prosesi) kənara çıxmaq mümkün deyil və bu, Paşinyanın İrəvanın buna hazır olması barədə sözlərini təsdiqlədi. 

Moskva və Bakı birgə regionu müharibəsiz gələcək iqtisadi inkişafa yaxınlaşdırdı. İrəvan danışıqlar prosesinin istiqamətini dəyişdirə və onun nəticələrini Qərbə konsolidasiya edə bilmədi və bundan sonra Paşinyanla Əliyev arasında Brüsseldə keçiriləcək görüş (16 dekabr) sadəcə olaraq formal xarakter daşıyacaq. Soçi razılaşmalarını heç kim dəyişdirməyəcək. Moskva bir daha sübut etdi ki, regionda əsas sülhməramlı rolundan əl çəkməyəcək".

Təhməz Əsədov


Etiketlər:  Paşinyan Soçi bəyanatından qaça bilməz Yevgeni Mixaylov MilliAz danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ