Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rihanna milli qəhrəman elan edildi

Rihanna milli qəhrəman elan edildi

Tarix: 30 Noyabr 2021 17:50

Barbados dövləti müğənni Rihannanı milli qəhrəman elan edib.

Milli.az lent.az-a istinadən xəbər verir ki, xəbər hökumətin "Facebook" səhifəsində yayımlanıb.

Mərasim zamanı Baş nazir Mia Mottley Rihannanın yaradıcılığı, ölkəyə bağlılığı və Barbadosun rifahı üçün xidmətinə görə mükafatlandırıldığını bildirib.

"Bir millət və qürurlu xalq adından sizi Barbadosun milli qəhrəmanı elan edirik.

Ulduz kimi parlamağa və ölkəmizin qüruruna çevrilməyə davam edin"  deyə, baş nazir bildirib.


Etiketlər:  Rihanna milli qəhrəman elan edildi


RƏYLƏR