Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2021 09:46
31 dekabr Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə sayılı günlər qalıb. Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri məlum olub.
Sonxeber.net xəbər verir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1, 2 yanvar isə Yeni il bayramı ilə əlaqədar qeyri-iş günüdür.
1 və 2 yanvar şənbə və bazara təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən yanvarın 3-ü və 4-ü də qeyri-iş günü olacaq.
Beləliklə, Yeni il bayramı ilə əlaqədar 5 gün ardıcıl (31 dekabr, 1, 2, 3, 4 yanvar) iş olmayacaq. Bu, hazırdakı vəziyyətə uyğun olaraq belədir.
Lakin bəzi ekspertlərin fikrincə pandemik şəraitə uyğun olaraq bir sıra ölkələrdə istirahət günlərinin müddəti müəyyən qadağalar altında uzadıla bilər.
"Omikron" ştammından sonra bu fikirlər daha çox səsləndirilməyə başlanıb. Azərbaycanda da dekabırın sonuna doğru vəziyyət öyrənilərək, Operativ Qərargah tərfindən istirahət günlərinin sayının artırılması təklif oluna bilər.