Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aprel şəhidinin anası vəfat etdi

Aprel şəhidinin anası vəfat etdi

Tarix: 4 Dekabr 2021 11:44

Aprel döyüşləri şəhidi Mahmud İbrahimovun anası Gülnaz İbrahimova bu gün vəfat edib. 

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova məlumat verib. O qeyd edib ki, şəhid anası uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, şəhid Mahmud Azər oğlu İbrahimov 1997-ci ilin 3 sentyabr tarixində Abşeron rayonunun Mehdiabad qəsəbəsində anadan olub. 2016-cı ilin Aprel döyüşlərində şəhid olan əsgər doğulduğu Mehdiabad qəsəbəsində dəfn olunub. Döyüşlərdə göstərdiyi şücaətə görə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.


Etiketlər:  Aprel şəhidinin anası vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ