Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mariya Stadnik 3000 dollar qazandı

Mariya Stadnik 3000 dollar qazandı

Tarix: 4 Dekabr 2021 11:54

Dünya Güləş Birliyi (UWW) ilin ən yaxşı qadın güləşçilərinin reytinqini açıqlayıb. İlk üçlüyə Azərbaycan millisinin üzvü Mariya Stadnik (50 kq) də daxil olub. Güləşçimiz 60 xal toplayaraq 3000 dollar məbləğində mükafata sahib olub.

Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, qeyd edək ki, güləşçilərin xalları onların Olimpiada, Dünya və Avropa çempionatlarında, eləcə də reytinq turnirlərində çıxışı hesabına formalaşır.

Mükafata gəlincə, bu il 600 000 ABŞ dolları təşkil edən ümumi mükafat fondu on çəki kateqoriyasında ilk üç yeri tutanlar arasında bölünüb. Birincilər 10 000, ikincilər 7 000, üçüncülərsə 3 000 dollar qazanıb.


Etiketlər:  Mariya Stadnik 3000 dollar qazandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ