Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Voleybolçularımız Estoniyaya qalib gəldi - Avropa çempionatı

Voleybolçularımız Estoniyaya qalib gəldi -  Avropa çempionatı

Tarix: 28 Avqust 2019 20:28

Macarıstanın paytaxtı Budapeştdə qadın voleybolçular arasında Avropa çempionatı davam edir.

Qol.az-ın məlumatına görə, C qrupunda yer alan Azərbaycan millisi bu gün 4-cü turda autsayder Estoniya ilə qarşılaşıb və 3:2 hesablı qələbə qazanıb. Qrupun digər oyununda Xorvatiya Macarıstanla üz-üzə gələcək.



Avropa çempionatı

C qrupu, 4-cü tur

17:30.Azərbaycan - Estoniya - 3:2 (25:20, 18:25, 25:22, 22:25, 15:11)

Qeyd edək ki, Azərbaycan millisi Xorvatiya, Macarıstan, Hollandiya, Rumıniya və Estoniya ilə birgə C qrupunda yer alıb. Qrup mərhələsində ilk 4 yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar. Çempionatda ilk 7 yeri tutacaq yığmalar isə Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Bu yarışın qalibi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.

 


Etiketlər:  Voleybolçularımız Estoniyaya qalib gəldi Avropa çempionatı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ