Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2021 21:14
"Çox yaxşı oyun oldu. Səviyyəli rəqibə qarşı oynayırdıq".
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
49 yaşlı mütəxəssis Premyer Liqanın XIII turunun "Sabah"la görüşü barədə fikirlərini "CBC Sport"a açıqlayıb. Qurbanov 5:1 hesablı qələbəyə şərh verib: "Çox ciddi yanaşmalı idik. Futbolçularım çox əziyyət çəkdilər. Çox yoruldular".
Qurbanov Kevin Medinanın durumundan da danışıb: "Dünənki məşq qurtarandan sonra ağrılar hiss etdi. Bu gün MRT-dən keçdi. Bu narahatçılıq düşündükləri qədər ciddi deyil. Əzələdə qanaxma hiss olunur. Tam məlumat iki gündən sonra bilinəcək. "Bazel"lə görüşdə oynamaq şansı 50-nin 50-yədir".
Mütəxəssis "Bazel"lə matçdan da danışıb: "Həqiqətən nəticə hamımızı maraqlandırır. Səfərə yaxşı oyun göstərmək üçün gedirik. Çəkinməyən komanda kimi gedirik. İnanıram ki, futbolçularımız yaxşı oyun göstərəcək. Bütün matçlarda çalışıblar ki, nəticə yox, oyun baxımından da yaxşı olsunlar. Bu dəfə də daha istəkli olmaq, oyun planında üstün olmağa çalışacağıq. Çox istərdik ki, sonadək mübarizə aparaq".