Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaq sahibi olmaq istəyənlər qəhvədən imtina etməlidir. Yeni araşdırma

Uşaq sahibi olmaq istəyənlər qəhvədən imtina etməlidir. Yeni araşdırma

Tarix: 7 Dekabr 2021 04:03

Son zamanlar bütün dünyada aparılan bir sıra araşdırmalar qəhvənin sağlamlıq üçün xeyili olduğunu təsdiq ediblər.

Belə ki, bu araşdırmalar göstərib ki, gündə 2 fincan qəhvə içən insanlar özünü qaraciyər sirrozundan, şəkərli diabetdən, hətta xərçəngin bəzi növlərindən qoruyur.

Növbəti araşdırma qəhvənin hamiləliyə olan mənfi təsirini aşkar edib.

Ohayo Universiteti (ABŞ) alimləri qəhvənin hamiləliyə olan təsirini araşdırıb və belə nəticəyə gəliblər ki, qəhvənin qəbulu hamiləliyin saxlanılmasına mane olur.

Araşdırma göstərib ki, hər gün 2 və bundan artıq fincan qəhvə qəbul edən cütlüklərdə uşaqsalma halları qəhvə qəbul etməyən cütlüklərlə müqayisədə  xeyli çoxdur. Bu xüsusilə hamiləliyin ilk həftələrinə aiddir.

Alimlər uşaq sahibi olmaq istəyən cütlüklərə qəhvənin hamiləliyə mənfi təsirini nəzərə almağı tövsiyə edirlər.


Etiketlər:  Uşaq sahibi olmaq istəyənlər qəhvədən imtina etməlidir Yeni araşdırma


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ