Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“İynə vurursuz ki, bağı 150 minə satmağınızdan xəbəri olmasın” - VİDEO

“İynə vurursuz ki, bağı 150 minə satmağınızdan xəbəri olmasın” - VİDEO

Tarix: 7 Dekabr 2021 10:55

Bir neçə gün əvvəl ağır yataq xəstəsi olan meyxanaçı Ağakərimin qapısına gedən şair Nazilə Səfərli sənətkarın oğlu Kərim Novruzov tərəfindən evə buraxılmayıb. Üstəlik, meyxanaçının oğlu açıqlamasında N. Səfərlinin bu addımına "Məqsədi reytinq tutmaqdır" deyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bütün bunlar Səfərlini özündən çıxarıb. O, Novruzovun sözlərinə cavab olaraq instaqramda bunları yazıb:

"O deyir ki, Nazilə atamdan reytinq tutur. Ay qapı açmağa "duxu" çatmayan oğul, dədənin reytinq verdiyini bilirdinsə, özün niyə üç ildə bir dəfə istifadə etmirdin? Reytinq verən mənəm, ay atasının xəstəliyindən istifadə edib mülklərini satan bivec oğul. Psixatrop iynələri yazığın canına doldurursuz ki, ayılmasın, bağı 150 minə satdığınızdan xəbəri olmasın?".

Milli.Az


Etiketlər:  İynə vurursuz bağı minə satmağınızdan xəbəri olmasın VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ