Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bütün Avropada səyahət məhdudiyyətləri tətbiq edilərkən, İsveç açılmağa qərar verdi

Bütün Avropada səyahət məhdudiyyətləri tətbiq edilərkən, İsveç açılmağa qərar verdi

Tarix: 7 Dekabr 2021 17:38

Hazırda demək olar ki, heç bir koronavirus tədbiri olmayan İsveçdə həftəlik yoluxma halı cəmi 131 və bu, Almaniyanın demək olar ki, dörddə biridir, xəstəxanalarda heç bir problem yoxdur.

Milli.Az aviatravel.az-a istinadən bildirir ki, sentyabr ayından bütün karantin tədbirlərinin götürüldüyü bu ölkədə barlar, restoranlar, insanların gedəcəyi yerlər açıqdır və bu yerlərin girişində peyvənd tələb olunmur.

İsveç alimləri ölkədə koronavirusa yoluxma hallarının sayının az olmasının səbəbini tam izah edə bilməsələr də, xatırladaq ki birinci ildə İsveçdə əhalinin yoluxma və ölüm sayı Almaniyadan dörd dəfə çox olmuşdu.

Milli.Az


Etiketlər:  Bütün Avropada səyahət məhdudiyyətləri tətbiq edilərkən İsveç açılmağa qərar verdi


RƏYLƏR