Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gülnarə Xəlilova mükafatlandırıldı - FOTO

Gülnarə Xəlilova mükafatlandırıldı - FOTO

Tarix: 7 Dekabr 2021 18:42

Azərbaycan Milli Geyimlər Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova diaspor fəaliyyətinin dəstəklənməsinə verdiyi töhfəyə görə Xüsusi Diplom ilə "Uzun illərdir ki, Qarabağ kolleksiyasının və Xarıbülbül simvolunu dünyada tanıtdırdığı üçün" təltif olunub.

Tədbir DAVAM Respublika Gənclər Hərəkatının ofisində Niderlanddakı Azərbaycan diasporu nümayəndələrinin mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri ilə görüşü çərçivəsində keçirilib.

Tədbirdə "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri, Niderland Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyə, Niderlanddakı "Hollandiya Azərbaycan Evi"nin rəhbəri Elxan Mirhəşimli,  Diaspor İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdi və Milli Məclisin deputatı Məlahət İbrahimqızı, mədəniyyət və ictimai nümayəndələri iştirak ediblər.


Etiketlər:  Gülnarə Xəlilova mükafatlandırıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ