Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2021 05:34
47-ci "Altın kelebek" mükafatlandırma mərasiminə qatılanlar arasında Türkiyənin məşhur cütlüyü Eser və Berfu Yenenler də yer alıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, Berfunun gecədə geyindiyi ayaqqabı müzakirələrə səbəb olub. Modelyer Pelin Kaya onun geyimini tənqid edərək ayaqqabılarının saxta olduğunu ifşa edib:
"Berfunun geyimi qırmızı xalçaya uyğun gəlməkdən çox, yaz aylarında təşkil olunan əyləncə libasıdır. Ayaqqabı seçimində isə "Mach & Mach"ın saxtasını tərcih etməsi üzücüdür".
Berfunun modelyerin haqqında dediklərinə cavabı gecikməyib:
Bunu gördüm və həqiqətən çox üzüldüm. Bir dəfə geyinəcəyim bir şeyə 25 min lirə xərcləmək istəmədim. Bir ana kimi qazandığım pulu daha düzgün xərcləmək istəyirəm. Düşünmürəm ki, bu məni pis və ya zövqsüz etsin, tam əksi, məntiqli olduğumu göstərir. Onsuz da hər marka hər gün bənzər məhsullar istehsal edir, hamımız da istifadə edirik. Burada səhv nə var, anlamıram".