Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıdakı 282 nömrəli məktəbdə nə baş verir? - VİDEO

Bakıdakı 282 nömrəli məktəbdə nə baş verir? - VİDEO

Tarix: 8 Dekabr 2021 14:26

Sosial şəbəkələrdə, eləcə də bir sıra saytlarda Bakının Suraxanı rayonunda yerləşən 282 nömrəli məktəbdə şagirdin sinifdə qeyri-etik hərəkətlər etməsi, müəllimləri söyməsi, məktəbə bıçaq gətirib hamını hədələməsi, digər şagirdlərə zor tətbiq etməsi ilə bağlı məlumatlar yayılıb. Biz də iddiaları araşdırmaq üçün adı hallanan məktəbə yollandıq.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, övladları həmin məktəbdə təhsil alan valideynlər belə bir məsələ eşitdiklərini və bundan narahat olduqlarını bildiriblər.

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İsmayıl İbrahimov dedi ki, adı hallanan uşaq məktəbin 7-ci sinif şagirdidir və sığınacaqdan qəbul edilib, hazırda isə 2 saylı uşaq evində məskunlaşıb.

Çəkiliş zamanı hadisəni törətdiyi iddia olunan şagirdin qardaşı olduğu bildirilən bir nəfər məktəbə gəldi. O, sözügedən məsələylə bağlı direktorla görüşmək istədiyini bildirdi. Yayılan məlumatların şişirdilmiş olduğunu və məsələnin kökündə başqa səbəblərin dayandığını dedi.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Anar Qafarov isə bildirdi ki, məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanması məqsədilə  araşdırmalara başlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi də müvafiq araşdırmalara başlayıb. Qurumdan bildirildi ki, təhsil müəssisələrində tədrisin normal təşkili, uşaqların təhlükəsizliyinin təmin olunması, həmçinin müəllim-şagird münasibətləri hər zaman diqqət mərkəzində saxlanır.

"Uşaqların psixoloji dayanıqlılığının artırılması və məktəb-valideyn əməkdaşlığının inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür",- deyə açıqlamada qeyd olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Bakıdakı nömrəli məktəbdə baş verir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ