Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2021 21:14
Ermənistanda son sutkada daha 410 nəfərdə COVID-19 aşkarlanıb.
Sonxeber.net xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 341 468-ə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 7 728-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 464 nəfərdir. İndiyədək 322 814 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 9 462 aktiv koronavirus xəstəsi var.