Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Şəklimi görüb infarkt keçirirlər'' - Rühəngiz

''Şəklimi görüb infarkt keçirirlər'' - Rühəngiz

Tarix: 9 Dekabr 2021 19:50

"Şəklimizi görən kimi infarkt keçirənlər var. Deyirlər, bu niyə ölmür, niyə yaşayır? Bunu yazdıranlar da var".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki,  bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva "Tam vaxtıdır" proqramında deyib. Müğənni sosial şəbəkədə yazılan tənqidlərdən danışıb və gileylənib.

Həmkarı Yusif Mustafayevin "Cavab ver ki, əzizlərin ölsün" sözünə ifaçı etiraz edib:

"Günahdır, əzizləri valideynləridir. Necə deyim? Sərhəddi saxlamışam, amma çox keçsələr pozmalıyam. Mənim də öz siyasətim var, o yolla bilirəm nə edəcəm. Heç kimin dədə, nənəsinin çörəyini yemirəm. 8 yaşımdan zəhmət çəkirəm. Deyəcəklər, o yaşda işləmək olar? Ailədə bəzi işlər olub etmişəm. Öz zəhmətimlə bu yerə gəlmişəm, haram yemirəm. Bu sözlər mənə aid ola bilməz. Paxıllıqdan deyirlər".


Etiketlər:  Şəklimi görüb infarkt keçirirlər Rühəngiz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ